İstanbulda törədilən terror aktında şübhəli bilinən şəxslər Bolqarıstanda saxlanılıb.

"Unikal" NOVA agentliyinə istinadən xəbər verir ki, İstanbulda baş verən ölümcül hücumda şübhəli bilinən 5 nəfər Bolqarıstanda həbs edilib.

Bildirilib ki, saxlanılanlar arasında 3 nəfər Moldova vətəndaşı və bir nəfər ərəb əsilli şəxs var. Həbs olunanlar arasında terrora görə İnterpol tərəfindən axtarışa verilən şəxsin köməkçisi də var.

Əməliyyat tam məxfilik şəraitində keçirilib.