Ukraynanın Donetsk vilayətinin Baxmut şəhəri yaxınlığında Rusiya Silahlı Qüvvələrinə məxsus Su-35S qırıcı vurulub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın döyüş təyyarəsi Norveçin “Nasams” hava hücumundan müdafiə kompleksi ilə vurulub.

Məlumata görə, katapult edən pilot da ölüb.

Qeyd edək ki, Su-35S Rusiyanın yeni nəsil qırıcılarından sayılır.