Ukraynada səfərdə olan Böyük Britaniyanın Baş naziri Rişi Sunak ölkə rəhbəri Volodimir Zelenski ilə görüşüb.  

"Unikal" xəbər verir ki, bu barədə Zelenski "Telegram" kanalında məlumat yayıb. 

"Bugünkü görüşdə həm ölkələrimiz, həm də qlobal təhlükəsizlik üçün ən vacib məsələləri müzakirə etdik. Biz birlikdə daha güclüyük və istədiyimiz nəticələrə nail olacağıq", - deyə Zelenski yazıb.

***17:31

Böyük Britaniyanın Baş naziri Rişi Sunak Ukraynada səfərdədir.

"Unikal" xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski tviter hesabında paylaşım edib.