“Ermənistan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə etmək üçün Ermənistan Baş naziri Nikol Paşinyan ilə görüşdüm”.

"Unikal" xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “Twitter“də paylaşıb.

 Aİ-nin regiona sülh, firavanlıq və sabitlik gətirmək üçün böyük sərmayələr yatırmağa davam etdiyini qeyd edib.

***17:59

Ermənistan Baş naziri Nikol Paşinyan Tunisdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşüb.

"Unikal" erməni KİV-ə istinadən  xəbər verir ki, görüş Frankofoniya Təşkilatının Zirvə Görüşü çərçivəsində baş tutub.

Danışıqlar zamanı tərəflər Azərbaycan-Ermənistan nizamlanmasını müzakirə ediblər.