Rusiya Xarici İşlər Nazirliyi Polşanın Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakına mane olmasını “təxribat” adlandırıb.

"Unikal" xəbər verir kiŞ,  Polşanın ATƏT-ə sədrlik etdiyini xatırladan nazirlikdən verilən açıqlamada Lavrovun dekabrın 1-2-də Lodzda keçiriləcək iclasa qatılmaqdan imtina edildiyi bildirilib.

Açıqlamada sözügedən qərarın 57 ölkənin suveren və müstəqil dövlət kimi tam bərabərliklə iştirak etdiyi bir təşkilatın sədrliyi statusuna uyğun gəlməyəcəyi bildirilib və Lavrova qarşı verilən qərarın “təxribat xarakterli” olduğu vurğulanıb.

Bəyanatda deyilir ki, “ATƏT-in prosedur qaydaları, qanunvericilik orqanlarının qaydaları və xüsusilə də 2002-ci ildə Portoda keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının müddətli sədrliyin iş prinsipləri ilə bağlı qərarı pozulub”.