Böyük Britaniya Ukraynada və bütün Avropada sülhün həmyaradıcısı ola bilər.

"Unikal" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Böyük Britaniyanın baş naziri Rişi Sunakla görüşündən sonra keçirilən brifinqdə deyib.

"Sülh düsturumuzun üstünlüklərindən biri tərəfdaşlarımızın bu düsturun bəndlərinin həyata keçirilməsində liderlik nümayiş etdirmək imkanıdır. Biz dostlarımıza özlərini nədə güclü olduqlarını göstərməyi təklif edirik.  Böyük Britaniyanın Ukraynada və bütün Avropada sülhün həmyaradıcısı olmaq imkanlarını müzakirə ediblər”, - deyə o,  vurğulayıb.