Kanada və Ermənistan tərəfdaşlıqlarını genişləndirməyə davam edəcəklər.
"Unikal" xəbər verir ki, bunu Kanadanın baş naziri Castin Trüdo bu barədə Tunisdə Beynəlxalq Frankofoniya Təşkilatının sammiti çərçivəsində erməni həmkarı Nikol Paşinyanla görüşdən sonra “Twitter” səhifəsində yazıb.
“Biz demokratiyanı gücləndirməyə, iqtisadiyyatlarımızı inkişaf etdirməyə və Qafqazda sülh və təhlükəsizliyin təşviqinə sadiqik. Ermənistanın baş naziri Nikol Paşinyanla bunu müzakirə etmişəm. Biz ölkələrimiz arasında tərəfdaşlığı genişləndirməyə davam edəcəyik”.
Gültəkin Ələsgər