İstanbulun İstiqlal küçəsində bomba zarafat edən əcnəbi turist A.A qaldığı hoteldə yaxalanıb.

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə İstanbul Polis İdarəsi məlumat yayıb. 

Belə ki, adı açıqlanmayan şəxs ötən gün İstiqlal küçəsində 3 nəfəri göstərərək, ərəb dilində onların əlində bomba olacağını vurğulayıb. Həmin anları kameraya alan A.A  sosial şəbəkə hesabında paylaşıb.  İnsanlarda panika yaradan şəxs çox keçməyib ki, polis tərəfindən saxlanılıb. 

Onun barəsində cinayət işi açılıb. 

Qeyd edək ki, noyabrın 13-də İstanbulun Taksim şəhərinin İstiqlal küçəsində törədilən partlayışda ikisi uşaq 6 nəfər ölüb, 81 nəfər yaralanıb. 

Gülayə Mecid