"Ukrayna tərəfinin mövqeyinə görə Rusiya ilə Ukrayna arasında danışıqlar hələlik mümkün deyil". 

"Unikal" xəbər verir ki,  bu  barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.

“Həqiqətən, indi heç bir danışıqlar mümkün deyil, çünki Ukrayna tərəfi onları qəti şəkildə inkar edir. Xüsusi hərbi əməliyyat davam edir”, - Rusiya dövlət başçısının mətbuat katibi izahat verib.

Həmçinin,  Peskov hazırda sülh danışıqları üçün Ukrayna tərəfinə “Rusiyanın həmin tələblərini müzakirə etmək üçün siyasi iradə və hazırlıq” lazımdır.

Gülayə Mecid