İnformasiya və kommunikasiya texnologiyalarının inkişafına töhfə vermək məqsədilə mobil operator “Nar” bu il də NETTY milli internet mükafatına dəstək olur. Mükafatın münsifləri hər il Azərbaycanın ən yaxşı İT layihələrini, mühüm veb-resursları və informasiya texnologiyaları sahəsində peşəkarları müəyyən edib mükafatlandırır.
"Unikal" xəbər verir ki, Müsabiqədən iştirak etmək istəyənlər hər birində 3 alt kateqoriya olan 7 nominasiya üzrə ərizələrini təqdim edə bilərlər. Bu ilki nominasiyalar “Dövlət və cəmiyyət”, “İqtisadiyyat və Biznes”, “Maliyyə və banklar”, “Elm, Təhsil və İnnovasiyalar”, "Səhiyyə, İdman və Turizm", “İnformasiya və Xəbərlər” və “Mədəniyyət, İncəsənət və Yaradıcılıq” olaraq müəyyən edilib. İştirak üçün müraciət netty.az saytında, onlayn qaydada qeydə alınır. İştirak ərizələrinin qəbulu üçün son gün 30 noyabr tarixidir.
Qeyd edək ki, müsabiqə “Nar”-ın əsas tərəfdaşlığı ilə keçirilir. “Nar” özünün çoxşaxəli korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində Azərbaycanda yerli İT sahəsinin inkişafına və müxtəlif yenilikçi layihələrin tətbiqinə dəstək olur.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.