Dağlıq Qarabağ münaqişəsi dövründə itkin düşmüş şəxs kimi qeydə alınanların 80 faizi hərbçidir.
"Unikal" report-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
O söyləyib ki, Azərbaycan və Ermənistan arasında münaqişənin başladığı 1990-cı ilərdən ümumilikdə 4500 nəfər itkin düşmüş sayılır.
"1990-cı ildən bəri ümumilikdə qeydə alınan bu şəxslərdən 3800 nəfəri Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı və Bərdə ofisində qeydə alınıb. Bunlardan 80 faizi hərbçilərdir", - İ.Hüseynova bildirib.