Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ "markalı minik maşını yol kənarındakı çörək bişirmə sexinə çırpılıb. Qəza zamanı sürücü yüngül xəsarət alıb. Avtomobilə və çörək sexinə ciddi ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov