Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda keçiriləcək Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi görüşünü elan edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya lideri Avrasiya İqtisadi İttifaqının (Aİİ) Bişkekdə keçirilən sammitində bildirib.
Məlumata görə, qeyri-rəsmi görüş Yeni il ərəfəsi keçiriləcək.
"Bugünkü işimizdən kənarda xatırlatmaq istəyirəm ki, biz sizi MDB dövlət başçılarının Sankt-Peterburqda yeni il qabağı razılaşdırılmış qeyri-rəsmi görüşündə gözləyirik", - Rusiya lideri bildirib.
Ağarza Elçinoğlu