Dekabrın 9-da İstanbulda Rusiya və ABŞ xarici işlər orqanlarının müvafiq departamentlərinin direktorları səviyyəsində görüş keçirilir.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
Onun sözlərinə görə, bu tədbirlər vaxtaşırı iki ölkə arasında münasibətlərdə qıcıq yaradan amilləri müzakirə etmək üçün keçirilir: "İstanbulda Rusiyanın ABŞ-dakı və ABŞ-ın Rusiyadakı diplomatik nümayəndəliklərinin necə işləməsi texnikası müzakirə olunur".
Diplomatın sözlərinə görə, "ABŞ nümayəndələri ikitərəfli məşvərət komissiyası və bu qıcıqlandırıcı amillər istisna olmaqla, heç bir mənalı məsələni müzakirə etmək istəmirlər.
Ağarza Elçinoğlu