Şamaxıda 65 yaşlı qadın dəm qazından zəhərlənib.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin T.Zahidov küçəsində baş verib. Belə ki, həmin küçədə yaşayan 1957-ci il təvəllüdlü Rüstəmova Arifə Şirməmməd qızı yaşadığı evin hamam otağında halı pisləşib və o, Təcili Tibbi Yardım maşını ilə Şamaxı RMX-na gətirilib.
A.Rüstəmovanın hamam otagında dəm qazından zəhərləndiyi ehtimal olunur. Xəstəyə ilkin tibbi yardım göstərilib və daha sonra evə buraxılıb.
Seymur Əli