Qafqazın ən qabaqcıl pərakəndə satış şəbəkələrindən olan “Kontakt” Gürcüstana gəlişinin bir illiyini qeyd edir. Düz bir ildir ki, şəbəkə Gürcüstan əhalisini də unikal mağaza formatı, yüksək keyfiyyətli xidmət, geniş çeşid və qeyri-standart kampaniyaları ilə sevindirir.
Bəs “Kontakt” gürcü əhalisinə özünü ən çox nə ilə sevdirib? Şəbəkə bir yaşı münasibətilə Gürcüstandakı müştəri bazası arasında sorğu apararaq, “Kontakt Home”u seçməklərinin əsas səbəblərini soruşublar:
-
UNİKAL MAĞAZA DİZAYNI
Gürcüstanlılar ilk növbədə “Ev üçün hər şeyi bir məkandan almaq” fikrini və mağazanın göz oxşayan geniş, unikal dizaynını çox bəyənib. Bu dizayn “Kontakt Home”un əsas fərqliliklərindən biridir.
-
HEÇ YERDƏ OLMAYAN KAMPANİYA VƏ ŞƏRTLƏR
“Kontakt”ın ayrıca brendə çevrilən “Axşambazarı”, “Şeş-Qoşa” kampaniyaları Gürcüstanda da ən az Azərbaycandakı qədər sevilib. Şəbəkə “Axşambazarı” və “Şeş-qoşa” kimi mövsümi kampaniyalardan əlavə, gündəlik alış şərtləri ilə də gürcüstanlı müştərilərin ürəyini fəth edə bilib.
-
PEŞƏKAR SERVİS
Aparılan sorğunun nəticələrinə əsasən, gürcüstanlı müştərilərin böyük qismi “Kontakt Home”u məhz yüksək səviyyəli servisinə görə seçdiklərini bildirib. Onların fikrincə, mağaza heyəti hər müştəriyə individual yanaşır, onlara lazım olan məhsul və xidmətlərin seçilməsində hər zaman yardımçı olur.
-
RAHAT YERLƏŞMƏ
“Kontakt” mağaza ünvanlarını hər zaman tələbatın çox olduğu və insanların rahat tapdıqları ərazilərdə seçir. İstər “Tbilisi Central” ticarət mərkəzindəki ilk mağaza, istərsə də “Gldani Mall”dakı ikinci mağaza da bu baxımdan istisna deyillər. “Gldani Mall” mağazası həm də Gldani bölgəsinin ən böyük elektronika mağazasıdır.
Hazırda şəbəkə yalnız Tbilisi şəhərində fəaliyyət göstərsə də, 2023-cü ildə Gürcüstanın digər şəhərlərində də yeni “Kontakt Home” mağazalarının fəaliyyətə başlaması planlaşdırılır.
-
POZİTİV ƏHVAL-RUHİYYƏ
Gürcüstanlılar deyir ki, “Kontakt Home”da hər zaman bayram atmosferi hökm sürür. Mağazada açılışlar, hər hansı önəmli günlər və ya sadəcə kampaniya günləri böyükdən kiçiyə hər kəsin əyləndiyi bayram dadında keçirilir. Mağazalarda uşaq zonasının mövcudluğu valideynlərin rahat alış-verişi, uşaqların isə əyləncəli vaxt keçirməsinə şərait yaradır.
Qürurverici haldır ki, 100% Azərbaycan brendi olan “Kontakt” cəmi bir il ərzində Gürcüstanda da müştərilərin böyük rəğbətini qazana bilib. Hazırda Azərbaycanda 34, Gürcüstanda 2 mağaza, həmçinin kontakt.az və kontakt.ge onlayn mağazaları ilə təmsil olunan şəbəkə söz verir ki, “Kontakt – Sevindirir” missiyası tezliklə daha geniş areala yayılacaq.