Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) professor-müəllim və inzibati heyət, həmçinin SABAH qrupları tələbələrinin iştirakı ilə tədbir keçirilib.
"Unikal" xəbər verir ki, Dövlət himninin səslənməsi ilə başlayan tədbirdə daha sonra dahi şəxsiyyət, görkəmli siyası xadim Heydər Əliyev haqqında film nümayış olunub.
Tədbirin ikinci hissəsində isə Akademiyanın rektoru Fuad Hacıyevlə ASAPES-in SABAH qruplarının tələbələri arasında Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bağlı interaktiv fikir mübadiləsi təşkil olunub.