"İnnovasiyaların inkişafı üçün həm də genişzolaqlı internet xidmətləri olmalıdır".
"Unikal" xəbər verir ki, bunu Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib:
"500 mindən çox abonenti yüksəksürətli internetlə təmin etmişik. Bu 5 il əvvəl ilə müqayisədə 5 dəfə çoxdur. 2024-cü ilin sonuna qədər ölkənin hər bir yerini genişzolaqlı internetlə təmin etmək məqsədini qarşıya qoymuşuq"- deyə nazir bildirib.
Anar Kəlbiyev