"Qarabağda separatçı qurumun fəaliyyəti bizi o qədərdə narahat etmir. Çünki bu qurumu biz tərf kimi də tanımırıq. Xankəndi Azərbaycanın bir parçasıdır. Biz artıq ora qayıdışın ilkin mərhələsindəyik".
Bu sözləri "Unikal"a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, Şuşa-Xankəndi yolunda gedən etiraz aksiyası güc strukturlarımızla əvəzlənə bilər:
Bu qayıdışın getdikcə daha da miqyası böyüyəcək, daha da genişlənəcək. Aksiyada sülhməramlılar birtərəf və neytrallığını itirdiklərinə görə, azərbaycanlı fəallar tərəfindən kəskin tənqidlərə məruz qalırlar. Minlərlə azərbaycanlı həmin ərazidə fəallarımıza dəstək vermək üçün növbəyə durublar. Etirazlarımıza Rusiya sülhməramlıları reaksiya verməyənə qədər öz fəaliyyətlərində korreksiya etməyənə qədər bu aksiyalar davam edəcək. Yaxın zamanda isə həmin fəallarımızı bizim güc strukturları əvəz edə bilər. Yəni rusların nəzarətində ola Qarabağa giriş-çıxışa Azərbaycan tərəfi öz üzərinə götürməlidir. Rusiya sülhməramlıları bu vəzifənin öhdəsindən gəlməyib və gəlmək fikrində də deyillər. Bizim əsgərlərimizin qarşısına ağır pleymotlarla, zirehli texnika ilə çıxan rus sülhməramlı kontingen nədənsə bizə aid yataqlarda monitorinq keçirmək üçün onların nəzarətində olan ərazilərə gedən erməni etirazçıların qarşısına çıxmadılar. Əksinə onlarla razılaşdırılmış şəkildə fəəliyyət göstərdilər. Bu isə Azərbaycan üçün qəbuledilməzdir. Azərbaycan buna qarşı öz adekvat və çox təsirli addımlarını yaxın zamanda atacaq".
Gülayə Mecid