Əhmədinejat Venesuelanı çalxadı
15:42 09-03-2013
DÜNYA
İran prezidentinin Uqo Çavesin dəfn mərasimindəki hərəkətləri ciddi müzakirələrə səbəb olub
Martın 8-də Venesuela prezidenti Uqo Çavesin dəfn mərasimində iştirak edən İran prezidenti Mahmud Əhmədinejadın hərəkətləri ciddi müzakirələrə səbəb olub.
İranda yüksək rütbəli rəsmilər, xüsusilə M.Əhmədinejad ictimaiyyət qarşısında qadınlara məsafəli yaxınlaşır, onlarla fiziki təmasdan çəkinir. Ancaq İran prezidenti dəfn mərasimində Uqo Çavesin anası Elena Friasın ağrı-acısını bölüşərkən əlini tutub. Ağrı-acılı ana da başını M.Əhmədinejadın çiyninə qoyub. Bundan sonra İran prezidenti də E.Friasa qoşularaq ağlayıb.
Bundan əlavə, dəfn mərasimində qonaqlar arasında ən çox alqışlanan da Əhmədinejad olub. Adi çəkildiyində davamlı alqışlanan İran prezidenti Çavesin tabutunu öpərək Venesuela prezidenti ilə vidalaşıb. Əhmədinejad yerinə oturarkən belə salondakılar tərəfindən alqışlanıb, onun gözlərindən yaşlar axdığı görülüb. İran prezidenti yumruğunu havaya qaldıraraq salondakıları salamlayıb. Eyni zamanda Əhmədinejad dəfn mərasimini tərk etdikdən sonra onu bayırda salamlayan Venesuela xalqına qələbə işarəsi göstərib.
Digər Xəbərlər
2024-12-23 13:17:26
2024-12-23 12:51:57
2024-12-23 11:59:09
2024-12-23 11:27:07
2024-12-23 11:13:10
2024-12-23 11:03:00
2024-12-23 10:55:05
2024-12-23 10:38:08
2024-12-23 10:36:05
2024-12-23 10:10:44
2024-12-23 09:41:00
2024-12-23 09:23:00
2024-12-23 09:12:00
2024-12-23 09:03:00
2024-12-23 01:02:15
2024-12-23 00:49:48
2024-12-23 00:05:51
2024-12-22 23:46:19
2024-12-22 23:16:06
2024-12-22 23:04:06