Qırğızıstan parlamentinin spikeri Nurlan Şakiyev ölkənin Təbiət Nazirliyinin rəhbəri Dinara Kutmanovanın çıxışını rus dilində davam etdirməsinə mane olub.
"Unikal" xəbər verir ki, bu barədə "Sputnik Qırğızıstan" məlumat dərc edib.
Spiker nazirin Kutmanova çıxışını yarımçıq kəsərək bildirib ki, hesabat qırğız dilində davam etdirilməlidir. Nəticədə nazir rus dilində danışmaqdan imtina etmək məcburiyyətində qalıb.
Bundan əvvəl Şakiyev bildirib ki, Qırğızıstan paytaxtının hakimiyyət orqanları təcili olaraq şəhərin rayonlarının adlarını dövlət dilinə uyğun olaraq ruslaşdırmadan çıxarmalıdır.
Ağarza Elçinoğlu