Dünən Kəlbəcər rayonunda ermənilərin basdırdığı minaya düşərək həlak olan hərbçi Zöhrab Hümbətovla vida mərasimi keçirilir.

"Unikal" xəbər verir ki, şəhid hərbçinin cənazəsi anadan olduğu Tovuz rayonunun Aşağı Quşçu kəndinə gətirilib. Şəhidlə yaşadığı evdə vida mərasimi keçirilib. Vida mərasimindən sonra şəhid Aşağı Quşçu kənd qəbiristanlığında torpağa tapşırılıb.