Dekabr ayının 15-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonuna səfər edərək növbəti dəfə seçicilərinin qəbulunu keçirib.
"Unikal" xəbər verir ki, Ismayıllı şəhərində yerləşən ofisində keçirilən qəbulda 40-a yaxın seçici iştirak edib.
Qaldırılan məsələlər ətrafında müzakirələr aparılıb, deputat bəzi məsələlərlə bağlı öz tövsiyələrini verib. Şəxsi məişət problemlemləri ilə bağlı bir neçə məsələ yerində həll olunub. Həmçinin sosial məsələlər, digər cari məsələlərlə bağlı da müraciətlər edilib. Deputatın səlahiyyətinə aid olmayan məsələlər qeydiyyata alınıb və əlaqədar qurumlara müraciətin ediləcəyi bildirilib.