İşğaldan azad olunan ərazilərdə ekoloji tarazlığın bərpa olunması məqsədilə Zəngilan rayonunda növbəti ağacəkmə tədbiri keçirilib.
Bu barədə "Unikal"a ETSN-dən məlumat verilib.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, ETSN-in rəsmilərinin iştirakı ilə keçirilən ağacəkmə tədbirində Nazirliyin tinglik sahələrində yetişdirilən yerli iqlim şəraitinə uyğun Şərq çinarı və Adi göyrüş tingləri əkilib, palıd toxumları səpilib:
"Respublikanın bütün bölgələrində meşəbərpa və ağacəkmə tədbirləri davam edir".