Rusiya lideri Vladimir Putinin olduğu təyyarə Belarusa işgüzar səfər edib.

"Unikal" Belarus KİV-lərinə istinadən xəbər verir ki, Sankt-Peterburqdan uçan RA-96022 qeydiyyat nömrəli İl-96-300PU təyyarəsi Belarusun hava məkanına daxil olub. 

Məlumata görə, RA-96020 dövlət nömrə nişanlı daha bir İL-96-300PU təyyarəsi Moskvanın Vnukovo hava limanından havaya qalxıb. Bundan başqa, iki RA-96022 və RA-96014 kateri eyni anda Putinin şəxsi təyyarəsini müşahidə edir. 

Bundan əlavə, eyni vaxtda Belarus Respublikası Hərbi Hava Qüvvələrinə məxsus Mi-8 helikopteri Maçulışçi aerodromundan havaya qalxıb. O, "Minsk" Milli Hava Limanı istiqamətində uçub. 

Qeyd edək ki, Putin bu gün Belarus dövlət başçısı Aleksandr Lukaşenko ilə danışıqlar aparacaq.

Ağarza Elçinoğlu