Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan xəstəxanaya yerləşdirilib.
"Unikal" xəbər verir ki, Ter-Petrosyanın "Best Life" Erməni-Yapon Tibb Mərkəzində müalicə olunduğu bildirilir.
Məlumata görə, həmin xəstəxanada çalışan kardioloq, direktorun müşaviri Xaçik Hambardzumyan Ter-Petrosyanın şəxsi həkimidir.
Ter-Petrosyanın ofisi xəbəri geniş şərh etməyib:
“Kütləvi informasiya vasitələrinin sorğularına cavab olaraq bildirirk ki, Levon Ter-Petrosyan “Best Life” kardioloji klinikasında adi tibbi müayinədən keçir”.