İyulun 15-də axşam saatlarında Azərbaycanın Uraldakı diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mütvəli Şıxlinski Yekaterinburqda saxlanılıb.
"Unikal" xəbər verir ki, Mütvəlinin evində axtarış aparılacaq. Hazırda o, 91-ci maddə ilə iki sutkalıq həbsdədir. Bundan sonra məhkəmə olacaq.
*** 21:21
Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvali Şıxlinski saxlanılıb.
"Unikal" xəbər verir ki, Mutvali iyulun 1-də atası saxlanlarkən avtomobillə xüsusi təyinatlılardan birini vurduğu iddia olunur.
Qeyd edək ki, o hazırda İstintaq Komitəsində dindirilir.