Goranboyda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan "Hyundai" markalı minik maşını yolu keçmək istəyən orta yaşlı kişini vurub. Ağır xəsarət alan piyadanı Gəncəyə xəstəxanaya aparan sürücü Gəncə şəhərində sükan arxasında ölüb. Qəzada ağır xəsarət alan piyada da ölüb.

Hadisə yerinə DYP əməldaşları cəlb edilib. Fakt araşdırılır.

Tural Əhmədov