Rusiya sülhməramlılarının komandanlığı Şuşa -Xankəndi yolu ilə nəqliyyatın maneəsiz hərəkətinin bərpası ilə bağlı Ermənistan və Azərbaycan tərəfləri ilə danışıqlar prosesini davam etdirilir.
"Unikal" xəbər verir ki. bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Sülhməramlı missiyanın fəaliyyəti ilə bağlı hesabatda qeyd olunur ki, onların cavabdeh olduqları ərazidə atəşkəs rejiminin pozulması halları qeydə alınmayıb.
Şənbə günü Rusiya Müdafiə Nazirliyi bəyan edib ki , danışıqlar zamanı Rusiya sülhməramlılarının komandanlığı Ermənistan və Azərbaycan tərəflərinin vəziyyətin nizamlanması ilə bağlı təkliflərinə nə cavab verəcəyini gözləyir. Heç bir tərəf təklifləri kimin verdiyini və nəyi ehtiva etdiyini açıqlamayıb.