ABŞ Konqresinin xüsusi komissiyası 18 ay davam edən təhqiqatdan sonra 6 yanvar hadisələrinə görə Donald Trampa qarşı ittiham irəli sürülməsini tövsiyə edib.
"Unikal" xəbər verir ki, Ədliyyə Nazirliyinə ünvanlanan tövsiyə 21 dekabrda dərc ediləcək.
8 bənddən ibarət sənədə görə, Trampa qarşı insanları iğtişaşa və dövlətə qarşı çıxışlara təhrik etmə ittihamları irəli sürülə bilər.
Komitə “yalan bəyanat verərək sui-qəsd” kimi cinayətlər törətmiş ola biləcəyi qənaətinə gəldiyini bildirib.