Pakistanın Bəlucistan əyalətində motosikletlə yüklü bomba vilayətin Huzdar rayonunda küçədə partladılıb.
"Unikal" xəbər verir ki, hücum nəticəsində 13 nəfər yaralanıb. Hadisəyə görə məsuliyyəti heç kim üzərinə götürməyib.
Pakistan Talibanı (TTP) terror təşkilatı Pakistan hökuməti ilə atəşkəsə son qoyduqdan sonra ölkə daxilində hücumlar artıb.