“Hesab edirəm ki, bundan sonrakı müddətdə də 10 noyabr bəyanatının müddəaları tamamilə yerinə yetirilməyənə qədər Xankəndi-Laçın yolundakı aksiya davam etdirilməlidir”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Mahir Abbaszadə deyib.
Deputat bildirib ki, Azərbaycanın Qarabağda təbii sərvətlər üzərində hüquqi hakimiyyəti bərpa olunmalı və burada monitorinqlər keçirilməlidir.
"Azərbaycana qarşı indiqəyə qədər aparılmış iqtisadi cinayətkarlığın qarşısı alınmalıdır”, - deyə M.Abbaszadə qeyd edib.
Anar Kəlbiyev