Parlamentin bu gün keçirilən iclasında "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı" müzakirə olunub.
"Unikal" xəbər verir ki, müzakirələrdən sonra illik məlumat səsverməyə çıxarılaraq qəbul edilib.
***11:33
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı" müzakirəyə çıxarılıb.
"Unikal" xəbər verir ki, məruzəni Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edib.
Daha sonra deputatlar illik məlumatla bağlı fikirlərini bildiriblər.
Anar Kəlbiyev