"Azərbaycana qarşı həmişə qərəzli mövqe tutan Avropa parlamentinin deputatları erməni iş adamlarından aldıqları pul müqabilində bu işi görürlər".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tural Gəncəliyev deyib.
“Həmin deputatlardır ki, Azərbaycanın ərazilərində talanan qızıl yataqlarından əldə etdikləri gəlirlər məhz onların cibinə gedir. Avropa parlamenti korrupsiya yolu deputatların maliyyələşdirilməsi üçün mexanizm qurub. Həmin deputatlar da indi hay-küy salıblar ki, Xankəndi-Laçın yolu bağlıdır. Bu hay-küyün səbəbi də onların gəlirlərinin qaşrısının alınmasıdır. Erməni iş adamları məhz Avropa parlamentinin binasında oturub parlament üzvlərini korrupsiyaya cəlb edir”.
Anar Kəlbiyev