Braziliyanın Rio-de-Janeyro şəhərindən ABŞ-ın Hyuston şəhərinə uçan sərnişin təyyarəsi turbulentliyə düşüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, United Airlines-a məxsus təyyarənin hava boşluğuna düşməsi nəticəsində iki sərnişin və üç ekipaj üzvü xəsarət alıb.
"United Flight 128 təyyarəsi Hyustona gedərkən gözlənilməz turbulentliyə girdi. Enişdən sonra 3 ekipaj üzvü və 2 sərnişinə ilkin tibbi yardım göstərildi. Yüngül yaralanan 5 nəfər yerli xəstəxanaya çatdırıldı", - United Airlines açıqlama verib.
Ağarza Elçinoğlu