Bakıda marketə saxta pul verən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Unikal"a verilən xəbərə görə, dekabrın 19-da saat 02.35-də Sabunçu rayonunun Savalan yaşayış sahəsində yerləşən marketlərin birində satıcıya 2 ədəd 200 manatlıq saxta əskinas verən şəxs Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun Bakı şəhər sakini Tural Becanov olması müəyyən olunub və 14-cü Polis Bölməsinə təhvil verilib.
Araşdırma aparılır.