"Ötən il ərzində komitəyə daxil olan vətəndaş müraciətləri onu deməyə əsas verir ki, ölkə ərazisində məişət zorakılığı halları üstünlük təşkil edir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
“Ötən il qadınlara qarşı zorakılıq faktları ilə bağlı 2197 cinayət qeydə alınıb ki, bunun da 20 %-i məhz qısqanclıq və ailə münaqişəsi zəminində baş verib. Dünyada da bu sahədə artım müşahidə edilir”.
Anar Kəlbiyev