"Azərbaycanda ailə institutunun zəifləməsinə feministlərin çox ciddi təsiri var və onların fəaliyyətləri getdikcə artmaqdadır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.
O bildirib ki, feminist təşkilatlar xaricdən maliyyələşir: “Onlar gənc qızları bu və ya digər yollarla öz təsiri altına salır və xoşgəlməz istiqamətlərə yönəltməyə çalışırlar. Biz qanunverici qurum olaraq, bunun qarşısını almaq, belə xoşagəlməz meyllərə imkan verməmək üçün ciddi qanunvericilik aktlarının da qəbul edilməsinə diqqət yetirməliyik”.
Anar Kəlbiyev