Kimya elminin inkişafında özünəməxsus yeri olan görkəmli alim, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Abasqulu Quliyev vəfat edib.
"Unikal" xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Abasqulu Məmməd oğlu Quliyev 1940-cı ilin noyabrın 13-də Qərbi Azərbaycanın Zəngibasar mahalında anadan оlub.
O, 1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Kimya fakültəsində təhsilini davam etdirib. Universiteti bitirdikdən sonra təyinatla Sumqayıt “Səthi-aktiv maddələr” zavoduna işləmək üçün göndərilib.
1962-ci ildə Sumqayıt şəhərində yerləşən qapalı Kimya müəssisəsində əmək fəaliyyətinə başlayıb.