Türkiyədə 28 fevral “postmodern çevriliş”ə cəhddə ömürlük həbs cəzasına məhkum edilən istefada olan general-leytenant Vural Avar həbsxanada ölüb.
"Unikal" xəbər verir ki, bu barədə “Cümhuriyyət” qəzeti məlumat yayıb.
"28 Fevral davasında səhhətindəki problemlərə baxmayaraq həbsxanada saxlanılan 85 yaşlı istefada olan general-leytenant Vural Avar vəfat edib", - KİV qeyd edib.
28 Fevral işi ilə bağlı ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilən 14 nəfərdən Çevik Bir, Çetin Saner və Aydan Erol xəstəlikləri səbəbindən azadlığa buraxılıb.
Türkiyə siyasi tarixinin qaranlıq səhifələrində öz yerini tutan və “postmodern çevriliş” kimi qələmə verilən Milli Təhlükəsizlik Şurasının 28 fevral 1997-ci il tarixli toplantısında qadınların hicablı olduqları üçün məktəblərə buraxılmadığı, mövcud ictimai quruluşu qorxu və təhlükə məntiqinə indeksləşdirən qərarlar qəbul edilib.