Avropa İttifaqının ali nümayəndəsi Cozep Borrell İranın xarici işlər naziri ilə görüşdə Tehrandan Rusiyaya hərbi yardımı dərhal dayandırmağı tələb edib və ölkənin nüvə proqramı ilə bağlı danışıqlara qayıtmasının vacibliyini vurğulayıb.
"Unikal" xəbər verir ki, bu barədə Borrel “Twitter” səhifəsində yazıb.
“İranla Aİ arasında münasibətlərin pisləşməsi fonunda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə İordaniyada görüşdüm. Ona Rusiyaya hərbi yardımın və İranda daxili repressiyaların dərhal dayandırılmasının vacibliyini vurğuladım. Biz kommunikasiya kanalını açıq saxlamağa və Vyanada aparılan danışıqlar əsasında JCPOA-nı yeniləməyə razılaşdıq”, - Aİ-nin ali nümayəndəsi yazıb.