Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Baş nazirin ictimaiyyətlə əlaqələr aparatının rəhbəri Armen Xaçatryan bildirib.
Onun sözlərinə görə Paşinyanın 26-27 dekabrda Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin dövlət başçılarının qeyri-formal sammitində iştirak edəcək.
Bununla yanaşı, Xaçatryan Paşinyanla Azərbaycan və Rusiya liderləri arasında üçtərəfli görüşün keçirilib-keçirilməyəcəyinə dair suala “gündəmdə belə məsələ yoxdur” deyə cavab verib.