Almaniya prezidenti Frank-Valter Ştaynmayer Çin prezidenti Si Tszinpinlə telefon danışığı aparıb və o , Ukraynadakı münaqişəyə son qoymaq üçün Rusiyadan hərəkətə keçməsini istəyib.
"Unikal" xəbər verir ki, bu barədə Almaniya prezidentinin ofisi məlumat yayıb.
Roma Papası Fransisk Ukraynadakı münaqişəni dünya müharibəsi adlandırıb və bunun yaxın gələcəkdə başa çatacağının gözlənilmədiyini deyib. Pontifik bildirib ki, onun Ukraynada sülh çağırışlarına “diqqət yetirilməyib”, lakin o, döyüşləri pisləməkdən əl çəkməyəcək. O, həmçinin qeyd edib ki, vasitəçi kimi çıxış edir və ünvanına gələn tənqidlərdən asılı olmayaraq, hamını qəbul etməyə çalışır.
Rusiya Xarici İşlər Nazirliyi əmindir ki, Kiyev münaqişəni həll etməyə hazır deyil. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev bildirib . O qeyd edib ki, Ukrayna prezidenti Volodimir Zelenski G20-nin görüşündə özünün “reallıqdan ayrılmış daha 10 bəndlik siyahısını” təqdim edib, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı isə “hər hansı danışıqlar ideyasını rədd edir”.