Əfqanıstanın Cənubi Zabul əyalətində naməlum xəstəlik epidemiyası iki uşağın həyatına son qoyub.

"Unikal" xəbər verir ki, bu barədə çərşənbə axşamı TOLO news telekanalı Əfqanıstanda hakimiyyətə gələn radikal Taliban hərəkatının hökuməti tərəfindən yaradılmış yerli səhiyyə departamentinin rəhbərinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, əyalətin şərqində yerləşən Şadjoy rayonunda gündə ən azı 80 nəfər xəstələnib və iki uşaq ölüb. Sözügedən xəstəliyin növü göstərilmir. Həkimlər infeksiyanın əsas əlaməti kimi şiddətli hərarəti, ağız və burundan qanaxma göstərirlər.

Sentyabrın 13-də Əfqanıstanın “ Haşt e Subh ” qəzeti  əyalətdə vəba epidemiyası barədə məlumat yayıb. Həmin vaxt əsasən Zabulun şimal və şimal-şərq rayonlarında 500-ə yaxın yoluxma halı qeydə alınıb. Ölənlər barədə məlumat verilməyib. 

Gültəkin