Türkiyənin “Sabah” qəzeti Ukraynanın Qərbi seçərək Rusiya ilə qarşıdurmada məğlub olduğu qənaətinə gəlib.
"Unikal" xəbər verir ki, bu barədə qəzetdə məqalə yer alıb.
“Günahsız görünən bəzi siyasi qərarlar ciddi nəticələrə səbəb ola bilər. Məsələn, Ukrayna xalqı dedi: “Gəl gülək”. Qərb isə onlara pul və silah tökməyə başladı. Halbuki, indi Ukrayna xalqının işığı, suyu, istilik sistemi yoxdur. Hər şey dağıdılıb” deyə köşə yazarı Mehmet Barlas yazır.
O, hesab edir ki, ukraynalıların əsas səhvi Volodimir Zelenskinin ölkə prezidenti postuna seçilməsi olub. Barlas qeyd edir ki, Türkiyənin də “ikinci Ukrayna” olmaq riski var – buna baxmayaraq, Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə yaxşı münasibətlər qurmağı bacarıb.
Bundan əvvəl Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Cozep Borrel Türkiyənin Rusiya ilə münasibətlərini tənzimləyə və təsir edə bilməz.
Ramil Zeynallı