Rusiya Prezidenti Vladimir Putinin dekabrın 16-da xüsusi hərbi əməliyyat zonasına səfər edib.
"Unikal" xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
Dekabrın 16-da Rusiya prezidenti qoşunların birləşmiş qərargahında işləyib.
Dövlət Dumasının deputatı Andrey Qurulev öz Teleqram kanalında RF Silahlı Qüvvələrinin Ali Baş Komandanının xüsusi hərbi əməliyyat zonasında olduğunu yazıb.
Kremlin sözçüsü deputatın yaydığı məlumatı təsdiqləyib:
“Əgər o, Qurulev cümə günü Putinin olduğu qərargahı nəzərdə tutursa, bəli”, - deyə Peskov bildirib.