Argentina hakimiyyəti Qətərdə 2022-ci ildə keçiriləcək dünya çempionatının qaliblərinin qələbəninin qeyd edilməsi mərasimində çoxlu azarkeş izdihamı olduğuna görə milli komandanın oyunçularını helikopterlə təxliyə edib.
"Unikal" xəbər verir ki, bu barədə TN telekanalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, Argentina milli komandası çempionat avtobusu ilə Buenos-Ayresin mərkəzinə qədər təxminən 17 kilometr yol qət etməli idi , lakin çoxlu sayda insan olduğundan tıxac yaranıb.
Buna görə də, Argentina hakimiyyəti milli komandanın oyunçularını helikopterlə təxliyə etməli olub.
Qeyd edək ki, Qətərdə keçirilən dünya çempionatında qalib gələrək ölkəyə qayıdan Argentina milli komandasının oyunçuları ilə görüşmək üçün 3-4 milyon insan Buenos-Ayres küçələrinə çıxıb. Sıxlıq səbəbindən artıq iki nəfərin öldüyü bildirilib.
Yığma komanda Argentina paytaxtının əsas simvolu olan daş abidənin yanından keçib.
Qeyd edək ki, dekabrın 18-də Argentina millisi DÇ-2022-nin finalında Fransa yığmasını məğlub edərək (3:3, penaltilər seriyasında 4:2) üçüncü dəfə kuboku qazanıb.
Bu hadisənin şərəfinə prezident Alberto Fernandes dekabrın 20-nin ölkədə istirahət günü elan edilməsi haqqında fərman imzalayıb.
Gültəkin Ələsgər