Türkiyə sahillərində, Qara dənizin Sinop vilayətində yük gəmisində baş verən yanğında 1 nəfər ölüb, 16 nəfər yaralanıb.
“Unikal” xəbər verir ki, bu barədə NTV telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Zərərçəkənlər xəstəxanalara aparılıb. Onlardan 3-nün vəziyyəti ağırdır.
Qeyd edilir ki, gəminin kapitanı itkin düşüb. Onun öldürüldüyü güman edilir.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.
Hadisənin təfərrüatları araşdırılır.