"Şuşada qarın hündürlüyü 5 sm-ə çatıb".
"Unikal" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
Onun sözlərinə görə, gecə və səhər havanın şaxtalı keçməsi nəticəsində yolların buz bağlaması müşahidə olunub.
O deyib ki, günorta saatlarında isə havanın temperaturunun 0 dərəcə ətrafında olması gözlənilir.