Dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış səkkizinci sessiyası keçirilib.
"Unikal" xəbər verir ki, Vasif Talıbov iclasda iştirak etməyib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin vəzifəsindən azad olunması ilə bağlı qərar layihəsi sessiya iştirakçılarının diqqətinə çatdırılıb.
Qərar səsə qoyularaq qəbul olunub.
Qeyd edək ki, iclasda V. Talıbovun deputat oğlu Seymur Talıbov olub.